Əsas məzmuna keç

ABŞ onların "Green Card" sənədlərini yenidən yoxlayacaq

ABŞ onların "Green Card" sənədlərini yenidən yoxlayacaq

Prezidenti administrasiyası 19 ölkədən "Green Card" alaraq ABŞ-ə köçərək şəxslərin sənədlərinin yenidən araşdırılacağını açıqladı.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti Direktoru Cozef Edlou Trampın tapşırığı ilə risk yaradan ölkələrdən gələn hər bir əcnəbinin "Green Card" sənədlərinin hərtərəfli və ciddi şəkildə yenidən qiymətləndiriləcəyini bildirib.

BBC-nin bu ölkələrin hansılar olduğu ilə bağlı sualına cavab olaraq qurum iyun ayında Ağ Ev tərəfindən yayımlanan və , Kuba, Haiti, İran, Somali və Venesuelanın da yer aldığı bir açıqlamaya istinad edib.

Bu bəyanat, 26 noyabr Vaşinqtonda bir əfqan vətəndaşının iki Milli Qvardiya əsgərinə atəş açaraq ağır yaraladığı hücumdan sonra verilib.

"Green Card" araşdırmasının necə aparılacağına dair əlavə məlumat verilməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…