Əsas məzmuna keç

ABŞ nüvə modernləşdirməsini sürətləndirir – Rəsmi açıqlama

ABŞ nüvə modernləşdirməsini sürətləndirir – Rəsmi açıqlama

Energetika naziri Kris Rayt NNSA-nın Soyuq Müharibədən bəri ən böyük arsenal yenilənməsini açıqladı. Rusiya və Çinlə gərginlikdə "nüvə intibahı"nın şok detalları!

en ru

Soyuq Müharibədən bu yana ən yüksək silahı istehsalı səviyyəsinə çatıb.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə ABŞ Energetika naziri Rayt Nümayəndələr Palatasının Büdcə Təxsisatı Komitəsində keçirilən dinləmələr zamanı bildirib.

Raytın sözlərinə görə, ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyası (NNSA) yeni və artan təhlükələr fonunda etibarlı və effektiv çəkindirməni təmin etmək missiyasını həyata keçirir.

O qeyd edib ki, “NNSA Soyuq Müharibənin bitməsindən bəri ən çox yeni silah tədarükünü həyata keçirir”. Nazir əlavə edib ki, bu proses nüvə başlıqlarının istehsalı və “yeddi modernləşdirmə proqramı” çərçivəsində aparılır.

Rayt vurğulayıb: “Nüvə intibahı davam edir”.

Qeyd edək ki, Strateji Hücum Silahlarının Daha da Azaldılması və Məhdudlaşdırılması haqqında –ABŞ müqaviləsi fevralın 5-də başa çatıb. ABŞ Rusiyanın təklif etdiyi məhdudiyyətlərin daha bir il uzadılmasına cavab verməyib. Vaşinqton həmçinin üçtərəfli nüvə sazişi bağlamaq niyyətini də açıqlayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…