Operativ Məlumat Mərkəzi

ABŞ-nin Pensilvaniya ştatında təhlükəli yük daşıyan qatar relsdən çıxıb

1 dəq
Paylaş:
ABŞ-nin Pensilvaniya ştatında təhlükəli yük daşıyan qatar relsdən çıxıb

ABŞ-nin Pensilvaniya ştatında təhlükəli yük daşıyan qatar relsdən çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, bu barədə qatarın sahibi CSX dəmir yolu şirkəti tərəfindən verilən yazılı açıqlamada hadisənin Filadelfiyanın şimal-qərbində yerləşən Plymouth Meeting bölgəsində baş verdiyi bildirilib.

Açıqlamada qeyd edilib ki, yerli vaxtla səhər saat 5 radələrində qatarın 40 vaqonundan təxminən 16-sı relsdən çıxıb.

Qatar heyətində xəsarət alan olmayıb, fatkla ilə bağlı araşdırma başlanılıb.

Polis qəzadan sonra təhlükəli maddələrin sızmasına qarşı tədbir olaraq ətrafdakı evlərin boşaldıldığını açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər