Əsas məzmuna keç

ABŞ İran əməliyyatlarına gündəlik nə qədər vəsait xərcləyir?

ABŞ İran əməliyyatlarına gündəlik nə qədər vəsait xərcləyir?

Pentaqonun gizli brifinqi: Vaşinqtonun Tehran hücumuna ayırdığı milyardlar və İsrailin rolu. Senator Kris Kuns şok maliyyə rəqəmlərini açıqladı. Təfərrüatlar:

en ru

ABŞ-ın İrana qarşı hərbi əməliyyatı çərçivəsində çəkilən xərclər ilk altı gündə ən azı 11,3 milyard dollara çatıb.

“Operativ Məlumat Mərkəzi-OMM” "ABC News"-a istinadən xəbər verir ki, bunu Pentaqon nümayəndələri müdafiə təxsisatları alt komitəsindən olan senatorlar üçün qapalı brifinqdə bəyan ediblər.

Kuns bu qiymətləndirməni "təxminən dəqiq" kimi xarakterizə edib. Onun sözlərinə görə, hərbi əməliyyata çəkilən ümumi xərclər hazırda açıqlanan məbləği xeyli üstələyir.

O, həmçinin İranda döyüş əməliyyatlarının aparılmasının ABŞ-yə 1,5 milyard dollardan çox başa gəldiyini ehtimal edib.

Qeyd olunur ki, əməliyyat Konqresin əvvəllər artıq Pentaqona ayırdığı hesabına maliyyələşdirilir. Ağ Ev hələlik əlavə maliyyələşdirmə üçün sorğu ilə müraciət etməyib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb.

Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi , Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…