Əsas məzmuna keç

ABŞ Dövlət Departamentinin təqdimatında biabırçı xəta: Səhv xəritə təqdim etdi

ABŞ Dövlət Departamentinin təqdimatında biabırçı xəta: Səhv xəritə təqdim etdi

Rio-de-Janeyroda keçirilən beynəlxalq konfransda nümayiş olunan xəritədəki ciddi coğrafi səhvlər və süni intellekt izləri böyük rezonans doğurub.

en ru

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən "AIDS 2026" konfransında Departamentinin təqdim etdiyi xəritəsi ciddi tənqidlərə səbəb olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ABŞ-nin QİÇS-lə Mübarizə üzrə Fövqəladə Planının (PEPFAR) rəhbəri Jeff Grahamın təqdim etdiyi slaydlarda Afrika qitəsinin coğrafiyası ciddi şəkildə təhrif olunub. Xəritədə Nigeriya dənizə çıxışı olmayan ölkə kimi göstərilib, Mozambik Afrika Buynuzunda, Fildişi Sahili isə qitənin şərq hissəsində yerləşdirilib. Xəritənin görüntüləri ilk olaraq QİÇS üzrə mütəxəssis Emily Bass tərəfindən ictimailəşdirilib.

Məlumata görə, təqdim olunan xəritədə alətlərindən istifadə edildiyini göstərən filiqran (su nişanı) da yer alıb. OpenAI məsələ ilə bağlı araşdırma apardığını bildirib.

Dövlət Departamenti isə hadisəyə görə məsuliyyəti öz üzərinə götürərək açıqlayıb ki, yanlışlıq konfransdan əvvəl təqdimat slaydlarının tələsik redaktə edilməsi zamanı baş verib. Qurum, buna baxmayaraq, konfrans çərçivəsində keçirilən müzakirələrin konstruktiv keçdiyini və Afrika ölkələri ilə səhiyyə sahəsində əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…