ABŞ-də Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı aksiya keçirilib

ABŞ-də Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı aksiya keçirilib
26.02.2024 12:32
Aa
dəq

ABŞ-nin Vaşinqton, Nyu-York, Atlanta və Hyuston şəhərlərində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar geniş məlumatlandırma aksiyası keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Diasporla İş üzrə Dövlət Komtəsindən məlumat verilib.

Dövlət Komtəsinin dəstəyi, Yuta-Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Qarayevanın təşkilatçılığı ilə baş tutan aksiyada Xocalı həqiqətlərini əks etdirən ekran quraşdırılmış avtomobillər şəhərlərin izdihamlı mərkəzi küçələri boyunca hərəkət edib.

Ekranlarda Azərbaycan bayrağı, xəritəsi, Xocalı soyqırımı qurbanlarının adları və fotoları nümayiş etdirilib. Təsvirlər “Xocalıya ədalət!”, “Xocalı soyqırımını tanıyın!”, “Ermənistanın insanlığa qarşı cinayəti”, “Ermənistanın Xocalıdakı bir gecəlik soyqırımı”, “Azərbaycanlılar ədalət tələb edir!”, “Xocalını xatırla!”, “Biz xatırlayırıq!”, “Xocalı üçün dua et!”, “Xocalıda 63 uşaq, o cümlədən yeni doğulanlar öldürülüb!”, “1992-ci il 26 fevral. 613 azərbaycanlı, 106 qadın, 63 uşaq, 70 ahıl şəxs qətlə yetirilib. 1275 nəfər azərbaycanlı girov götürülüb. 76 uşaq əlil olub. 25 uşaq hər iki valideynini itirib. 130 uşaq valideynlərindən birini itirib, 8 ailə tamamilə məhv edilib” şüarları və müxtəlif çağırışlar ilə müşayiət olunub.

Məlumatlandırma aksiyası yerli ictimaiyyətin marağına səbəb olub.

Qeyd edək ki, artıq bir neçə ildir Xocalı soyqırımı ərəfəsində ABŞ-nin müxtəlif şəhərlərində təşkil olunan məlumatlandırma aksiyasının məqsədi yerli sakinlərin diqqətini Xocalı həqiqətlərinə çəkməkdir.

Həftənin ən çox oxunanları

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu