Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-də ticarət mərkəzində atışma zamanı 8 nəfər ölüb, xəsarət alanlar var- YENİLƏNİB

3 dəq
Paylaş:
ABŞ-də ticarət mərkəzində atışma zamanı 8 nəfər ölüb, xəsarət alanlar var- YENİLƏNİB

ABŞ-ın ştatının Allen şəhərində mərkəzinin yaxınlığında baş verən silahlı nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" “CNN”ə istinadən xəbər verir.

Qeyd olunub ki, şəhər yanğınsöndürmə xidmətinin rəisi Conatan Boyd jurnalistlərə bildirib ki, yeddi nəfər hadisə yerində keçinib, iki nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.

Daha 7 nəfər güllə yarası alıb, onlardan üçünün vəziyyəti ağır, dördünün vəziyyəti stabildir.

Hadisə şahidləri bildirib ki, atəş açan şəxs sadəcə olaraq səki ilə addımlayıb və ticarət mərkəzinə tapançadan atəş açıb.

Allen rəisi Brayan Harvi vurğulayıb ki, hücum edən şəxs hadisə yerində olan polis tərəfindən zərərsizləşdirilib.

05:03***

ABŞ-in Texas ştatının Allen şəhərində ticarət mərkəzində atışma nəticəsində bir neçə nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə polis və yerli administrasiyanın məlumatlarına istinadən CNN məlumat yayıb.

Telekanalın məlumatına görə, hadisə “Allen Premium Outlets” ticarət mərkəzində baş verib. Şahidlərdən biri bildirib ki, binada 30-a yaxın atəş açılıb, bundan sonra təcili təxliyə təşkil edilib.

Hüquq-mühafizə orqanlarının ilkin məlumatlarına görə, insident zamanı 8 nəfər həlak olub, onların arasında uşaqlar da ola bilər. Qeyd edilir ki, onlaran 6-sı hadisə yerində, ikisi xəstəxanaya aparılakən ölüb. Atışma zamanı azı səkkiz nəfər yaralanıb, onlar xəstəxanaya çatdırılıb.

Polis bölməsinin məlumatında bildirilir ki, kütləvi atışmada şübhəli bilinən şəxs eyni ticarət mərkəzində ölü tapılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax