Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

85 iranlı deputat Xameneidən qitələrarası raket icazəsi istədi

2 dəq
Paylaş:
85 iranlı deputat Xameneidən qitələrarası raket icazəsi istədi

İran parlamentinin bir qrup üzvü Ali Rəhbər Müctəba Xameneidən qitələrarası ballistik raketlərin hazırlanmasına verməsini istəyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İranın "Asriran" qəzeti məlumat yayıb.

Məlumata görə, müraciəti ABŞ ilə aparılan danışıqların nəticələrinə skeptik yanaşan 85 iranlı parlamentar imzalayıb. Deputatlar Tehranla Vaşinqton arasında münaqişənin yolu ilə həllinə dair danışıqlarda ABŞ-nin mövqeyinə ifadə ediblər.

İsrailin "The Jerusalem Post" nəşri isə yazır ki, ABŞ-nin Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitikləri sözügedən müraciəti ABŞ ərazisinə çata biləcək raketlərin hazırlanmasına çağırış kimi qiymətləndiriblər.

Nəşrə açıqlama verən İsrailin keçmiş milli müşaviri Yaakov Amidror bildirib ki, Vaşinqtonla danışıqlar nəticəsində əldə edilə biləcək iqtisadi üstünlüklər Tehrana belə proqramların həyata keçirilməsi üçün əlavə resurslar qazandıra bilər.

Qeyd edək ki, məsələ ilə bağlı İranın rəsmi qurumları tərəfindən hələlik əlavə açıqlama verilməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax