Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Zaporojye AES-də atəşkəs: Nüvə təhlükəsi aradan qalxdımı?

2 dəq
Paylaş:
Zaporojye AES-də atəşkəs: Nüvə təhlükəsi aradan qalxdımı?

Atom Elektrik Stansiyası ətrafında növbəti müvəqqəti qüvvəyə minib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Atom Enerjisi Agentliyinin (BAEA) yaydığı bəyanatda bildirilib.

Məlumata görə, BAEA-nın baş direktoru Qrossinin vasitəçiliyi ilə əldə olunan atəşkəs iyunun 5-dən qüvvəyə minib. Bu, 2025-ci ilin sonlarından bəri stansiya ətrafında elan edilən altıncı müvəqqəti atəşkəs hesab olunur.

Qeyd olunub ki, atəşkəsin əsas məqsədi nüvə qəzası riskinin qarşısını almaq üçün həyati əhəmiyyət daşıyan elektrik xətlərinin təmirinə şərait yaratmaqdır.

Bəyanatda Rafael Qrossinin sözlərinə yer verilib. O bildirib ki, BAEA insanları və ətraf mühiti mümkün nüvə qəzasının nəticələrindən qorumaq üçün bütün imkanlardan istifadə etməyə davam edəcək.

Xatırladaq ki, Zaporojye Atom Elektrik Stansiyası Dnepr çayının sol sahilində, şəhəri yaxınlığında yerləşir. Stansiya 2022-ci ilin oktyabrından Rusiyanın nəzarəti altındadır. Enerji bloklarında istehsal həmin ilin sentyabrında dayandırılıb və 2024-cü ilin aprel ayından etibarən bütün bloklar soyuq söndürmə rejimində saxlanılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax