Əsas məzmuna keç

Rafael Qrossi İran-ABŞ danışıqlarında iştirak edəcək

Rafael Qrossi İran-ABŞ danışıqlarında iştirak edəcək

BAEA rəhbəri Rafael Qrossi Cenevrədəki nüvə müzakirələrinə qatılır. Abbas Əraqçi və Stiven Vitkoff görüşünün detalları: Omanın vasitəçiliyi ilə nələr olacaq?

en ru

“BAEA rəhbəri İran–ABŞ danışıqlarının növbəti mərhələsində iştirak edəcək”.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İranın ISNA agentliyi məlumat yayıb.

Məlumata görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Qrossi fevralın 26-da Cenevrədə keçiriləcək İran–ABŞ danışıqlarının növbəti mərhələsində iştirak edəcək.

Diplomatik mənbə bildirib ki, Rafael Qrossi ötən həftənin çərşənbə axşamı günü Cenevrədə baş tutan əvvəlki raundda olduğu kimi, bu danışıqlarda da iştirak edəcək.

ISNA-nın məlumatına görə, İran və ABŞ nümayəndə heyətləri arasında məsələləri üzrə danışıqların üçüncü mərhələsi Omanın naziri Badr al-Busaidinin vasitəçiliyi ilə Cenevrədəki Oman səfirliyində keçiriləcək.

Fevralın 22-də İranın xarici işlər naziri Əraqçi CBS News kanalına açıqlamasında fevralın 26-da Cenevrədə ABŞ prezidentinin elçisi Vitkoff ilə görüşə biləcəyini bildirib. Bədr əl-Busaidi isə daha sonra danışıqların Cenevrədə keçiriləcəyini təsdiqləyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…