Əsas məzmuna keç

Azov dənizində 5 azərbaycanlı dənizçi PUA hücumu nəticəsində həlak olub

Azov dənizində 5 azərbaycanlı dənizçi PUA hücumu nəticəsində həlak olub

Taqanroq körfəzində PUA hücumuna məruz qalan “Natra” və “Zirkon” gəmilərindəki faciənin təfərrüatları məlum olub. Yeysk limanına çatdırılan dənizçilərin taleyi...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

2026-cı il iyunun 5-nə keçən gecə dənizinin Taqanroq körfəzində iki yük gəmisi — Türkiyədən Rostov-na-Donuya taxıl yükləmək üçün ballast vəziyyətində hərəkət edən “Natra” və “Zirkon” quru yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hücumlar nəticəsində beş nəfər həlak olub.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə vaxtı ilə saat 04:04-də Taman Dəniz Xilasetmə və Koordinasiya Mərkəzindən daxil olan məlumatda bildirilir.

""Natra" gəmisinə dörd zərbəsi endirilib, ekipajın iki üzvü həlak olub. Yanğın ekipaj üzvləri tərəfindən söndürülüb, suyun üzərində qalır və yedəyə alınmasına ehtiyac var. "Zirkon" gəmisinin isə üst tikili hissəsinə dörd zərbə qeydə alınıb, ekipajın üç üzvü həlak olub. Ekipaj üzvləri xilasedici qayıqlarla gəmini tərk edib, gəmidə yanğın davam edir”, — deyə operativ məlumatda qeyd olunur.

“Natra” quru yük gəmisində (Beliz bayrağı altında üzür) 12 nəfər, “Zirkon” quru yük gəmisində (Palau bayrağı altında üzür) isə 14 nəfər olub. Onların hamısı fərdi qaydada muzdlu dənizçi kimi işə götürülmüş vətəndaşları olub. Hər iki gəmi xarici bayraq altında üzür və Azərbaycan dövlətinə aid deyil.

Hücumlar arasında bir saatdan bir qədər artıq vaxt fərqi olub: “Natra” saat 00:45-də, “Zirkon” isə saat 01:55-də vurulub.

Sağ qalan dənizçilər faciə baş verən ərazidən keçən üç gəmi tərəfindən xilas ediliblər. Səhərə yaxın bütün xilas olunanlar Yeysk limanına çatdırılıb. Suyun üzərində qalan və zədələnmiş “Natra” gəmisinin yedəyə alınması üçün iki yedəkçi gəmi hadisə yerinə göndərilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #gəmi#pua#azov
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…