Əsas məzmuna keç

SEPAH İordaniyaya raket zərbəsi endirdi

SEPAH İordaniyaya raket zərbəsi endirdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı "Al-Azraq" aviabazasına edilən hücum nəticəsində ABŞ-a məxsus "F-35" qırıcılarının məhv edildiyini iddia edir.

en ru

İranın İslam İnqilabı Keşikçiləri Korpusu () İordaniyadakı "Al-Azraq" aviabazasına zərbələri endirdiyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, SEPAH-ın "Telegram" kanalında yayılan məlumata görə, əməliyyat bu gün səhər saatlarında Hava-Kosmik Qüvvələri tərəfindən ballistik raketlərdən istifadə edilməklə həyata keçirilib.

Bildirilib ki, zərbələr aviabazanın uçuş-enmə zolağına və "" qırıcılarının texniki xidmət anqarına yönəldilib. SEPAH iddia edib ki, hücum nəticəsində üç "F-35" qırıcısı məhv edilib, daha üç təyyarə isə ciddi zədələnib.

İran tərəfi bu əməliyyatın ABŞ-nin "Keşm" adasına endirdiyi aviazərbələrə cavab olaraq həyata keçirildiyini bildirib.

Açıqlamada qeyd olunub ki, Tehran bölgədəki hərbi mövcudluğuna qarşı fəaliyyətini davam etdirəcəyini bəyan edib.

Xatırladaq ki, SEPAH daha əvvəl İrana qarşı həyata keçirilən hücumlara görə ABŞ-yə cavab veriləcəyini açıqlamışdı. Hərbi qurumun son bəyanatı regionda gərginliyin daha da artdığına işarə edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…