Əsas məzmuna keç

İran raket qüvvələrinin döyüş qabiliyyətini qoruyub saxladı

İran raket qüvvələrinin döyüş qabiliyyətini qoruyub saxladı

Ekspertlərin rəyinə əsasən, Tehran son beş ay ərzində həyata keçirilən hərbi əməliyyatlara uyğunlaşmağı bacarıb.

en ru

İran ABŞ-nin beş ay davam edən zərbələrinə baxmayaraq, qüvvələrinin döyüş qabiliyyətini qoruyub saxlaya bilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Financial Times" hərbi ekspertlərə istinadən məlumat yayıb.

Bildirilib ki, dəyişən şəraitə uyğunlaşaraq hərbi potensialını müdafiə etməyi bacarıb. Analitiklərin sözlərinə görə, regionda gərginliyin artdığı və xarici müdaxilələrin intensivləşdiyi bir vaxtda İranın hərbi strukturları çeviklik nümayiş etdirib.

Qeyd olunub ki, ABŞ-nin hərbi təzyiqləri İranın strateji imkanlarını zəiflətmək əvəzinə, ölkəni daha müdafiə yönümlü və adaptiv strategiyalara keçməyə vadar edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…