Əsas məzmuna keç

İran XİN: Nüvə və raket proqramı barədə iddialar "böyük yalanlardır"

İran XİN: Nüvə və raket proqramı barədə iddialar "böyük yalanlardır"

Tehran rəsmisi ölkəyə qarşı aparılan təbliğat kampaniyasını tənqid edərək, nüvə və raket proqramları ilə bağlı iddiaları təkzib edib.

en ru

İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqai İslam Respublikasının , qitələrarası ballistik raketləri və son iğtişaşlar zamanı həlak olanların sayı ilə bağlı yayılan məlumatları kəskin şəkildə təkzib edib.

"Operativ Məlumat Mərkəzi-OMM" "IRNA" xəbər agentliyinə istinadən xəbər verir ki, rəsmi nümayəndə bu iddiaları "böyük yalanlar" adlandırıb.

Baqai qeyd edib ki, uydurma rəvayətlərdən ölkəyə qarşı düşmənçilik xarakterli kampaniyasını gücləndirmək üçün istifadə olunur.

Onun sözlərinə görə, bu cür dezinformasiyalar beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…