Xəbər verdiyimiz kimi, ötən gecə Xəzər rayonu Şüvəlan qəsəbəsində polis tərəfindən keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərilib.
“Qafqazinfo” xəbər verir ki, polis əməkdaşlarına atəş açan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu dələduzluq və digər əməllərə görə əvvəllər dəfələrlə məhkum olunubmuş.
Hadisə vaxtı 3 polis əməkdaşını və 1 mülki şəxsi qətlə yetirən, özü isə zərərsizləşdirilən R.Allahverdiyevin fotosunu təqdim edirik: