İsrail ordusunun işğal altındakı Qərb Sahili ərazisində yanvar ayından bəri həyata keçirdiyi hücumlar nəticəsində 16 fələstinli həyatını itirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, ilin əvvəlindən etibarən öldürülən fələstinlilərin sayı 16-ya çatıb.
Həlak olanların 13-dən 60 yaşadək olduğu qeyd edilib.
Qeyd olunub ki, İsrail ordusu və israilli məskunlaşanlar mart ayı ərzində Qərb Sahilində fələstinlilərə və onların əmlakına qarşı 1819 hücum həyata keçirib.
Fələstinin rəsmi məlumatlarına əsasən, 2023-cü ilin oktyabr ayından etibarən Qərb Sahilində hücumların sayı artıb.
Bu müddət ərzində ən azı 1149 fələstinli həyatını itirib, təxminən 11 750 nəfər yaralanıb, 22 minə yaxın şəxs isə saxlanılıb.