Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsrailin Livana hava zərbələri: Ölənlərin sayı açıqlandı

2 dəq
Paylaş:
İsrailin Livana hava zərbələri: Ölənlərin sayı açıqlandı

Livanın cənubunda baş verən hava hücumları nəticəsində ölən və yaralananların sayı açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Livan və Livan Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.

Bildirilib ki, İsrailin aprelin 26-da həyata keçirdiyi hava hücumları nəticəsində ikisi uşaq olmaqla 14 nəfər olub, 37 nəfər yaralanıb.

Qeyd olunub ki, İsrail Müdafiə Qüvvələrinin sözçüsü bölgədə bir neçə kəndin sakinlərini dərhal təxliyə olunmağa çağırıb.

Məlumata görə, sakinlərə kəndlərdə qalmağın həyatları üçün təhlükə yaratdığı bildirilib.

Bildirilib ki, daha sonra İsrail ordusu Livanın cənubunda mövqelərinə artilleriya və hava zərbələri endirib.

Qeyd edilib ki, İsrail tərəfi Hizbullahı bir hərbçinin ölümü və altı nəfərin yaralanması ilə nəticələnən pilotsuz uçuş aparatı hücumunu həyata keçirməkdə ittiham edib.

Məlumata əsasən, tərəflər arasında 16 aprel tarixindən qüvvədə olan atəşkəsə baxmayaraq, qarşılıqlı hücumlar davam edir.

Bildirilib ki, Livan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin əməliyyatları nəticəsində ölkədə ümumilikdə 2509 nəfər həlak olub, 7755 nəfər yaralanıb.

Qeyd olunub ki, Hizbullahın İsrailə raket hücumlarından sonra Livan 2 mart tarixindən etibarən regiondakı münaqişəyə daha aktiv şəkildə cəlb olunub və buna cavab olaraq İsrail genişmiqyaslı hərbi əməliyyatlar aparır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax