Əsas məzmuna keç

111 milyon manatlıq narkotik vasitə dövriyyədən çıxarıldı

111 milyon manatlıq narkotik vasitə dövriyyədən çıxarıldı

Narkomanlığa Qarşı Dövlət Komissiyası hesabat yaydı: Müsadirə olunan külli miqdarda heroin, marixuana və psixotrop maddələrin detalları açıqlandı. Təfərrüat:

en ru

Yanvar-may ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 4 263,1 kq 169,4 qramnarkotik vasitələrin və maddələrin ümumilikdə dəyəri 111 milyon 793 kimi qiymətləndirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.

Bildirilib ki, aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 263,1 kq 533,1 qram narkotik vasitələrin və psixotrop maddələrin 3 ton 664 kq 289,559 qramını marixuana, 212 kq 587,146 qramını , 88 kq 128,798 qramını tiryək, 214 kq 243,147 qramını həşiş, 7 kq 937,74 qramını digər narkotik vasitələr və 76 kq 346,71 qramını psixotrop maddələr təşkil edib. Bunlarla yanaşı 4486 ədəd həbmetadon, 3660 ədəd çətənə bitkisi və 29 həb psixotrop maddə aşkar edilərək götürülüb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…