Operativ Məlumat Mərkəzi

Onlar bu məsələləri müzakirə etdilər

1 dəq
Paylaş:
Onlar bu məsələləri müzakirə etdilər

ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı Ukraynadakı vəziyyəti və Səudiyyə Ərəbistanında gözlənilən Rusiya-Amerika danışıqlarını müzakirə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Tramp və Makron arasında söhbət təxminən 30 dəqiqə davam edib.

Fevralın 17-də axşam Parisdə Fransa, Almaniya, İspaniya, İtaliya, həmçinin Aİ və NATO başçılarının görüşü baş tutub. Fövqəladə məsləhətləşmələr ABŞ-ın Rusiya-Ukrayna münaqişəsinin həllinə yönəlmiş təşəbbüsləri fonunda Makron tərəfindən təşkil edilib. İclasda konkret qərarlar qəbul edilməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər