Əsas məzmuna keç

Donald Tramp: "Putin İrana bir qədər kömək edir"

Donald Tramp: "Putin İrana bir qədər kömək edir"

ABŞ prezidenti Donald Tramp Rusiya liderinin Yaxın Şərqdəki münaqişədə Tehranı dəstəklədiyini ehtimal edib.

ru en

ABŞ prezidenti "" telekanalına verdiyi müsahibədə Prezidenti Vladimir Putinin ABŞ və İsrail ilə münaqişədə İrana "bir qədər" kömək etdiyini ehtimal etdiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Tramp qeyd edib ki, Rusiya liderinin bu addımı Vaşinqtonun Ukraynaya göstərdiyi dəstəyə cavab ola bilər:

"Düşünürəm ki, o, bəlkə də onlara (İrana) bir az kömək edir. Yəqin ki, o, bizim Ukraynaya yardım etdiyimizi düşünür, elə deyilmi?"

Verilişin aparıcısı Brayan Kilmidin Vaşinqtonun Kiyevə həqiqətən dəstək verdiyini xatırlatmasına cavab olaraq, Tramp bu faktı təsdiqləyib.

Digər tərəfdən, Rusiya Prezidentinin katibi Dmitri Peskov Moskvanın İrandan silah da daxil olmaqla hər hansı yardım xahişi almadığını bildirib. Kreml rəsmisi vurğulayıb ki, Rusiya Yaxın Şərqdəki münaqişənin tərəfi deyil.

Qeyd edək ki, martın 9-da Putin və Tramp arasında baş tutub. Rusiya lideri amerikalı həmkarı ilə İran münaqişəsinin nizamlanması, o cümlədən Körfəz ölkələrinin rəhbərləri ilə apardığı müzakirələrin nəticələri barədə fikirlərini bölüşüb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…