Əsas məzmuna keç

Ceyhun Bayramovun rəhbərliyi ilə iclas keçirildi - FOTO

Ceyhun Bayramovun rəhbərliyi ilə iclas keçirildi - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərliyi ilə nazirlikdə geniştərkibli kollegiya iclası keçirilib. Bu barədə "Operativ Məlumat...

Azərbaycanın naziri Ceyhun Bayramovun rəhbərliyi ilə nazirlikdə geniştərkibli kollegiya iclası keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə XİN-dən məlumat verilib.

Bildirilib ki, iclasda Xarici İşlər Nazirliyinin heyəti və struktur bölmə rəhbərləri iştirak edib.

Kollegiyanın iclası zamanı Prezidentinin müəyyən etdiyi xarici siyasət xəttinə uyğun olaraq 2024-cü il üzrə Xarici İşlər Nazirliyi tərəfindən görülən işlər, 2025-ci il üzrə əsas prioritetlər, ikitərəfli və çoxtərəfli məsələləri, iqtisadi, iqlim və humanitar diplomatiya, yardım səyləri, postmünaqişə dövründə diplomatik faəliyyət, xaricdə Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üzrə işlər və Xarici İşlər Nazirliyinin fəaliyyətinin təşkili məsələləri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…