Operativ Məlumat Mərkəzi

Bayramov Fidanla danışdı

1 dəq
Paylaş:
Bayramov Fidanla danışdı
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı...

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı, Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də regionda təhlükəsizlik vəziyyəti müzakirə olunub, iki qardaş ölkə arasında birgə əlaqələndirilmiş fəaliyyətdən məmnunluq ifadə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər