Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov və Hakan Fidan regional vəziyyəti müzakirə etdi

2 dəq
Paylaş:
Ceyhun Bayramov və Hakan Fidan regional vəziyyəti müzakirə etdi

Azərbaycan Respublikasının naziri ilə Türkiyə Respublikasının naziri Hakan Fidan arasında aparılıb.

Xarici İşlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, telefon danışığı zamanı regionda mövcud vəziyyəti və artan gərginlik ətrafında fikir mübadiləsi aparılıb, hərbi eskalasiya fonunda son hadisələrin yaratdığı risklər və onların regional sabitliyə təsirləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov bu gün Türkiyə Respublikasının ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qınayıb, qardaş Türkiyə xalqına dəstəyini ifadə edib.

Hərbi eskalasiyanın daha da genişlənməsinin arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyi qeyd edilərək, gərginliyin azaldılması və dialoq mühitinin təşviqi istiqamətində mümkün addımlar barədə fikir mübadiləsi aparılıb.

Qarşıdurma zamanı qonşu ölkələrə qarşı hücumların və suveren dövlətlərin ərazi bütövlüyünə yönəlmiş hər hansı addımların qəbuledilməz olduğu xüsusi vurğulanıb.

Azərbaycan-Türkiyə strateji müttəfiqlik və qardaşlıq münasibətlərinin hazırkı mürəkkəb geosiyasi şəraitdə böyük əhəmiyyət kəsb etdiyi qeyd edilib, bu çərçivədə iki ölkə arasında qarşılıqlı məsləhətləşmələrin və regional məsələlər üzrə koordinasiyanın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax