Əsas məzmuna keç

Bu yol 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ!

Bu yol 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ!

Ceyhun Hacıbəyli küçəsində yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar qazıntı işləri aparılmış hissədə yol örtüyünün bərpası həyata...

en ru

Ceyhun Hacıbəyli küçəsində kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar işləri aparılmış hissədə yol örtüyünün bərpası həyata keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, təmir-bərpa işlərinin qısa müddətdə yekunlaşdırılması məqsədilə istirahət günlərindən istifadə olunmaqla intensiv işlər aparılacaq.

“Bununla əlaqədar 18 sentyabr saat 23:00-dan 20 sentyabr saat 02:00-dək Nəsimi rayonunda Ceyhun Hacıbəyli küçəsinin Qasımzadə küçəsindən Hənifə küçəsinədək olan hissəsində vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Sürücülərdən qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur”, - deyə məlumatda qeyd edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…