Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə 95 yaşında vəfat edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı onun qızı sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilmişdi. Ona baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olunmuşdu.
