Əsas məzmuna keç

Almaniyada maşinistlər 3 ayda üçüncü dəfə tətilə çıxıblar

Almaniyada maşinistlər 3 ayda üçüncü dəfə tətilə çıxıblar

Alman Maşınistlər İttifaqı (GDL) Dəmir Yolları ( ) ilə müqavilə danışıqlarının nəticəsiz qalmasından sonra ölkə daxilində 3 ayda üçüncü dəfə tətilə çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Almaniya Dəmir Yollarının yük qatarlarında maşinistlərin işinin dayandırılması dekabrın 9-da yerli vaxtla saat 18.00-da, sərnişin qatarlarında isə bu gün saat 02.00-da başlayıb.

Həmkarlar ittifaqı üzvlərinin işini dayandırması səbəbindən Almaniyanın dəmir yollarında bir çox səfərlər ləğv edilib. Tətil Alman Dəmir Yollarını yalnız fövqəladə cədvəllər üzrə işləməyə məcbur etsə də, regional xidmətlərin də xeyli azaldığını açıqlayıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…