Əsas məzmuna keç

NATO nüvə potensialını modernləşdirmə planını təsdiqlədi

NATO nüvə potensialını modernləşdirmə planını təsdiqlədi

Nüvə Planlaşdırma Qrupunun iclasında qəbul edilən qərarlar nələri dəyişəcək? Alyansın kollektiv müdafiə və çəkindirmə strategiyasında yeni dövr başlayır.

en ru

qüvvələrini modernləşdirməklə alyansın nüvə potensialını gücləndirməyə davam edəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə NATO müdafiə nazirləri səviyyəsində keçirilən Nüvə Planlaşdırma Qrupunun iclasından sonra bəyanatda bildirilib.

NATO-nun rəsmi saytında olunan sənəddə qeyd edilib ki, müdafiə nazirləri alyansın nüvə çəkindirmə imkanlarının artırılması üçün modernləşdirmə prosesinin davam etdirilməsi barədə razılığa gəliblər.

“Nüvə Planlaşdırma Qrupunun iclasında müdafiə nazirləri NATO-nun nüvə potensialını modernləşdirməklə onun nüvə müqavimətini gücləndirməyə davam etmək barədə razılığa gəliblər”, - deyə bəyanatda vurğulanıb.

Sənəddə həmçinin bildirilib ki, müttəfiqlər NATO-nun nüvə missiyasının yerinə yetirilməsi üçün zəruri resurslara, imkanlara və hərbi qüvvələrə investisiya qoymaq öhdəliyini bir daha təsdiqləyiblər.

Qeyd olunub ki, bu addımlar müdafiə çərçivəsində alyans ölkələri arasında məsuliyyətin, risklərin və yükün bölüşdürülməsinə xidmət edir.

Bəyanatda NATO-nun bu sahədə birlik və qətiyyət nümayiş etdirməsinin vacibliyi də xüsusi vurğulanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…