Əsas məzmuna keç

NATO ölkələri ABŞ-dən qoşunlarla bağlı aydınlıq tələb edir

NATO ölkələri ABŞ-dən qoşunlarla bağlı aydınlıq tələb edir

İsveçdəki görüşdə Almaniya və Polşa Vaşinqtondan hərbi kontingentin çıxarılmasına dair izahat istəyəcək. Financial Times-ın sensasiyalı xəbəri və iyul sammiti...

en ru

Avropa ölkələri 21-22 may tarixlərində İsveçdə keçiriləcək NATO nazirlərinin görüşü zamanı ABŞ-dən qoşunların yerləşdirilməsi ilə bağlı tələb edəcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə " Times" diplomatlara istinadən məlumat yayıb.

Bildirilib ki, NATO müttəfiqləri hazırkı ABŞ administrasiyasının Avropadakı qoşunlarını nə vaxt və haradan çıxaracağını hələ də dəqiqləşdirməməsi faktından qıcıqlanırlar.

Nəşr yazır ki, və ilə bağlı qəfil qərarlar məsələnin aktuallığını vurğulayıb.

ABŞ əvvəllər rotasiya çərçivəsində Polşaya 4000 nəfərlik briqada göndərməmək qərarına gəlmişdi. Vaşinqton həmçinin Almaniyadan 5000 əsgərini geri çəkmək niyyətindədir.

NATO diplomatları inanırlar ki, Vaşinqtonun niyyətlərini müxtəlif görüşlərdə, o cümlədən iyul ayında keçiriləcək alyansın illik sammitində açıqlamaq imkanı olacaq. Lakin ABŞ-nin planlarını açıqlayacağına dair heç bir zəmanət yoxdur.

"Çıxarılan qoşunların sayının çox olması narahatlıq doğurmur. Lakin biz proqnozlaşdırıla bilməməsindən, qərarların sürpriz kimi qəbul edilməsindən və Almaniyaya gəldikdə isə, bunun cəza kimi təqdim edilməsindən narahatıq", - nəşrin mənbələrindən biri bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…