Operativ Məlumat Mərkəzi

Ağ Evi nəyi gizlədir?

2 dəq
Paylaş:
Ağ Evi nəyi gizlədir?

ABŞ-dəkı Bayden administrasiyasının Ohayoda kimyəvi fəlakətin xalq sağlamlığına təsirlərini gizlətdiyi iddia edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Sənədlər göstərir ki, Ağ Ev xərçəng riskini bildiyi halda ictimaiyyəti bilərəkdən çaşdırıb.

Bildirilib ki, ABŞ prezidenti Co Bayden administrasiyasının 2023-cü ildə Ohayo ştatında baş vermiş qatar qəzasından sonra kimyəvi sızıntının ictimai sağlamlığa təsirlərini qəsdən gizlətdiyi iddia edilib.

İddia ABŞ-də Hökumət Hesabatlılığı Layihəsi (GAP) adlı müstəqil araşdırma və məlumat verən təşkilat tərəfindən irəli sürülüb.

GAP tərəfindən açıqlanan sənədlərə Federal Fövqəladə Halların İdarə Olunması Agentliyindən (FEMA) məhkəmə qərarı ilə əldə edilən e-poçtlar daxildir.

Sənədlərdə bildirilir ki, Ağ Ev hadisənin əsl miqyasını bildiyi halda, qəsdən ictimaiyyətlə təmasdan qaçıb və sağlamlıq riskləri “ictimaiyyətin panikaya düşməməsi üçün” gizlədilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər