Operativ Məlumat Mərkəzi

Bayden jurnalistinin zəngindən sonra telefon nömrəsini dəyişdi

1 dəq
Paylaş:
Bayden jurnalistinin zəngindən sonra telefon nömrəsini dəyişdi
TASS agentliyinin məlumatına görə, “New York Times” qəzetinin jurnalisti Tayler Peycer Co Baydenlə müsahibə almaq üçün onunla əlaqə saxlamağa cəhd...

ABŞ-nin keçmiş prezidenti Co Baydenin jurnalistlə ünsiyyətdən yayındığı iddia olunur.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, TASS agentliyinin məlumatına görə, “New York Times” qəzetinin jurnalisti Tayler Peycer Co Baydenlə müsahibə almaq üçün onunla əlaqə saxlamağa cəhd etdiyini bildirib. Peycerin sözlərinə görə, Bayden ona zəngdən sonra telefon nömrəsini dəyişib.

Jurnalist bu barədə ABŞ Prezidenti Donald Trampla müsahibə zamanı danışaraq deyib: “Mən ona zəng etdim və o, nömrəsini dəyişdi”.

Donald Tramp isə öz növbəsində Baydendən fərqli olaraq mətbuatla açıq şəkildə danışmağa hazır olduğunu vurğulayıb və telefon nömrəsini dəyişdirmədiyini qeyd edib. ABŞ lideri həmçinin bildirib ki, Bayden uzunmüddətli müsahibəyə tab gətirə bilməz və çox güman ki, yorğunluqdan “yerdə qalardı”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər