Əsas məzmuna keç

Donald Trampın Kim Çen Inla yenidən görüşmək istədiyi iddia edilir

Donald Trampın Kim Çen Inla yenidən görüşmək istədiyi iddia edilir

ABŞ-ın keçmiş prezidentinin Şimali Koreya lideri ilə növbəti dəfə bir araya gəlmək üçün hazırlıqlar apardığı bildirilir.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

ABŞ Prezidenti lideri Kim Çen Inla şəxsən görüşmək niyyətindədir.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “The Wall Street Journal” nəşrinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, tərəflərin bu ilin noyabrında Çinin Şınçen şəhərində keçiriləcək APEC Zirvəsi çərçivəsində görüşməsi ehtimalı nəzərdən keçirilir.

Məlumata görə, Tramp bu istiqamətdə öz məsləhətçilərinə müvafiq təlimatlar verib. Bununla belə, Ağ Ev görüşlə bağlı rəsmi hazırlıq prosesinin hələ başlamadığını açıqlayıb.

Ağ Ev rəsmisi liderlərin “uyğun bir zamanda” görüşəcəyini bildirməklə kifayətlənib.

Trampın Kim Çen Inla görüşmək istəyinin ABŞ və Şimali Koreya arasında diplomatik təmasların yenidən canlandırılması baxımından əhəmiyyətli olduğu qeyd edilir.

Xatırladaq ki, Tramp avqustun 16-da ilə birgə hərbi təlimlərin əhəmiyyətli dərəcədə azaldılması barədə göstəriş verib. ABŞ Prezidenti bu qərarını Kim Çen Inla münasibətlərinin yaxşı olması ilə əsaslandırıb.

Tramp daha əvvəl Şimali Koreya liderinin ona hörmət bəslədiyini bildirərək, Kimlə münasibətlərinin əvvəlki ABŞ prezidentləri Barak Obama və Co Baydenlə müqayisədə daha yaxşı olduğunu vurğulayıb.

Donald Tramp və indiyədək üç dəfə üz-üzə görüşüblər. İlk görüş 2018-ci ilin iyununda Sinqapurda, ikinci görüş 2019-cu ilin fevralında Hanoyda keçirilib. Liderlərin son görüşü isə 2019-cu ilin iyununda Şimali və Cənubi Koreya sərhədində Panmuncom kəndində baş tutub.

Əgər yeni görüş reallaşarsa, bu, Trampın ikinci prezidentlik dövründə Kim Çen Inla ilk üz-üzə təması olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…