Əsas məzmuna keç

İranın hücumları ABŞ kəşfiyyatına milyardlarla dollar zərər vurub

İranın hücumları ABŞ kəşfiyyatına milyardlarla dollar zərər vurub

İranın pilotsuz uçuş aparatları və raketlərlə həyata keçirdiyi hücumlar nəticəsində ABŞ-ın kəşfiyyat infrastrukturunun ciddi zərər gördüyü iddia edilir.

en ru

İranın pilotsuz uçuş aparatları və raketlərlə həyata keçirdiyi hücumların ABŞ-nin Yaxın Şərqdəki infrastrukturuna ciddi ziyan vurduğu iddia edilir.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “NBC News”un məlumatlı dörd rəsmi şəxsə istinadən yaydığı xəbərə görə, hücumlar Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) və digər kəşfiyyat qurumlarının bölgədə istifadə etdiyi bəzi bina və avadanlıqları sıradan çıxarıb.

Mənbələrə görə, ABŞ-nin bölgədəki kəşfiyyat şəbəkəsinə dəyən zərərin miqyası “görünməmiş” səviyyədədir. Dağıdılmış infrastrukturun bərpası üçün milyardlarla dollar vəsait tələb olunduğu bildirilir.

İranın hücumlarının təsiri yalnız kəşfiyyat obyektləri ilə məhdudlaşmayıb. “CNN”in peyk görüntüləri və zərər qiymətləndirmə hesabatları, eləcə də ABŞ və Körfəz ölkələrindəki mənbələr əsasında apardığı araşdırmaya görə, fevralın 28-dən etibarən ABŞ ordusunun Yaxın Şərqdə azı 16 hərbi bazası müxtəlif dərəcəli zərər görüb.

Bundan əlavə, “CBS News” və “CNN” kimi ABŞ media qurumlarının hesablamalarına əsasən, İranla qarşıdurmanın Vaşinqtona ümumi maliyyə yükü ən azı 50 milyard dollara çatıb.

Beləliklə, hücumların ABŞ-nin həm hərbi, həm də kəşfiyyat infrastrukturuna ciddi təsir göstərdiyi və qarşıdurmanın Vaşinqton üçün maliyyə baxımından da ağır nəticələr doğurduğu bildirilir.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 12.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…