Operativ Məlumat Mərkəzi

Toruna 4 metrlik köpəkbalığı düşdü - FOTOLAR

2 dəq
Paylaş:
Toruna 4 metrlik köpəkbalığı düşdü - FOTOLAR

Türkiyənin Yalova şəhərinin rayonunda bir balıqçının toruna 4 uzunluğunda “pamuk” cinsli köpəkbalığı düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı KİV məlumat yayıb.

Balıqçı Tuğrul 4 metr uzunluğa və 300 kiloqram ağırlığa malik köpəkbalığının tora ilişdiyini gördü.

Dilli açıqlamasında bildirib ki, adi ov üçün dənizə atdığı toru yığarkən qeyri-adi bir ağırlıq hiss edib və qarşılaşdığı mənzərə onu təəccübləndirib.

Toru çəkəndə ağırlıqdan nəsə olduğunu anladığını deyən Dilli deyib: “Bu qədər böyük bir köpəkbalığı gözləmirdim. İlk dəfə belə bir qarşılaşıram. Zərərsiz bir növ olduğunu öyrənincə bir az rahatladım, amma bu böyüklükdə bir balığı torun içində görmək həqiqətən də təəccübləndirici idi".

Balıqçılar və sakinlər köpəkbalığını görmək üçün limana gəliblər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax