Əsas məzmuna keç

Çin zooparkında eşşəyi rəngləyib zebra kimi təqdim etdilər

Çin zooparkında eşşəyi rəngləyib zebra kimi təqdim etdilər

Çinin Anqiu şəhərindəki parkda baş verən bu qeyri-adi hadisə hiddət doğurdu. Administrasiyanın 'kospley' adlandırdığı saxtakarlıq ziyarətçiləri şoka salıb.

en ru

Çin zooparkında bir eşşək rənglənərək kimi təqdim edilib. Buna səbəb, zoopark rəhbərliyinin ziyarətçilərin diqqətini cəlb etmək və onlar üçün fərqli bir əyləncə mühiti yaratmaq istəyi olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat "Need to Know" nəşrinin yaydığı hesabatda yer alıb.

Məlumata görə, qeyri-adi hadisə ölkənin şəhərində yerləşən parkların birində alınıb. İnternetdə yerləşdirilən görüntülərdə eşşəyin tüklərinin qara zolaqlarla örtüldüyü və zebranın xarici görünüşünün təqlid edildiyi aydın şəkildə əks olunub. Lakin heyvanın uzun qulaqları və özünəməxsus bədən quruluşu onun əsl kimliyini tez bir zamanda üzə çıxarıb.

Sosial şəbəkələrdə sürətlə yayılan bu şəkillər istifadəçilər arasında böyük istehza və tənqid dalğasına səbəb olub. Bir çox insan park administrasiyasını adi ekzotik heyvan kimi qələmə verməkdə və ziyarətçiləri aldatmaqda günahlandırıb.

Yaranmış narazılığa cavab olaraq açıqlama verən park nümayəndələri heyvanın əsl zebra olduğunu heç vaxt iddia etmədiklərini bildiriblər:

"Biz bir növ edirik. Biz heç vaxt bunun zebra olduğunu deməmişik və əraziyə buna dair heç bir lövhə asmamışıq. Bu, sadəcə qonaqları əyləndirmək üçün nəzərdə tutulmuş bir zarafatdır".

Qurum rəsmiləri həmçinin əlavə ediblər ki, ziyarətçilərin marağını artırmaq üçün əvvəllər də bənzər üsullara əl atıblar və bəzi itlərin xarici görünüşünü analoji şəkildə dəyişdiriblər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…