Əsas məzmuna keç

Narkotik satan 101 yaşlı nənə sərbəst buraxıldı

Narkotik satan 101 yaşlı nənə sərbəst buraxıldı

Nigeriyada 90 qram skunk satmaqda şübhəli bilinən Esther Ogunmabonu ilə bağlı qərar verilib. Laqosda baş verən bu qeyri-adi cinayət hadisəsinin detalları.

en ru

Nigeriyada paketlənmiş satdığı şübhəsi ilə 101 yaşlı qadın Esther Ogunmabonu saxlanılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı yaşlı qadının üzərindən güclü kannabis növü olan 90 “skunk” aşkarlanıb.

O, açıqlamasında dükanının yanaraq kül olmasından sonra narkotik satışına başladığını bildirib. Qadının sözlərinə görə, Laqosda yaşayan qızı hər dörd gündən bir ona narkotik vasitə gətirir, o isə maddəni pərakəndə şəkildə satır.

Ogunmabonun yaşı nəzərə alınaraq buraxılıb və məsləhət xidmətinə yönləndirilib. Narkotikin tədarükünü təşkil etdiyi müəyyən edilən qızı isə saxlanılıb.

Nigeriya rəsmiləri 101 yaşlı şəxsin narkotik alveri ilə əlaqəli saxlanılmasını qeyri-adi hadisə kimi qiymətləndiriblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…