Əsas məzmuna keç

Toruna 4 metrlik köpəkbalığı düşdü - FOTOLAR

Toruna 4 metrlik köpəkbalığı düşdü - FOTOLAR

bununla bağlı Türkiyə KİV məlumat yayıb. Balıqçı Tuğrul Dilli 4 metr uzunluğa və 300 kiloqram ağırlığa malik köpəkbalığının tora ilişdiyini gördü. Dilli...

Türkiyənin Yalova şəhərinin Çınarcık rayonunda bir balıqçının toruna 4 metr uzunluğunda “pamuk” cinsli köpəkbalığı düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı KİV məlumat yayıb.

Balıqçı Tuğrul Dilli 4 metr uzunluğa və 300 kiloqram ağırlığa malik köpəkbalığının tora ilişdiyini gördü.

Dilli açıqlamasında bildirib ki, adi ov üçün dənizə atdığı toru yığarkən qeyri-adi bir ağırlıq hiss edib və qarşılaşdığı mənzərə onu təəccübləndirib.

Toru çəkəndə ağırlıqdan nəsə olduğunu anladığını deyən Dilli deyib: “Bu qədər böyük bir köpəkbalığı gözləmirdim. İlk dəfə belə bir qarşılaşıram. Zərərsiz bir növ olduğunu öyrənincə bir az rahatladım, amma bu böyüklükdə bir balığı torun içində görmək həqiqətən də təəccübləndirici idi".

Balıqçılar və sakinlər köpəkbalığını görmək üçün limana gəliblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Mövzular #şeylə#metrlik
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…