Əsas məzmuna keç

Seçkilərdə Baydenin dəstəyi azalacaq

Seçkilərdə Baydenin dəstəyi azalacaq

ABŞ Konqresinin Palatasının İsrailə yardım haqqında qanun layihəsini təsdiq etməsindən sonra bəzi fəallar və ölkənin tanınmış təşkilatlarının liderləri qarşıdan gələn seçkilərində prezident Co Baydeni dəstəkləməyəcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu proqnozla NBC televiziyası çıxış edib.

Bir çox müsəlman amerikalılar İsrailin Qəzza zolağındakı hərəkətlərini dəstəklədiyi üçün administrasiyasına artıq qəzəblənib.

İndi onlar Baydenin Konqresdən keçən İsrailə yardım paketinin mümkün imzalanmasını geri dönüş nöqtəsi və mütləq fəlakət adlandırırlar.

Belə bir vəziyyət Baydenin 2020-ci ildə prezident seçkilərində az fərqlə qalib gəldiyi ştatlarda əleyhinə işləyə bilər. Söhbət ilk növbədə Arizona, Corciya, Miçiqan ştatlarından gedir.

Televiziya xatırladır ki, Bayden ictimai tədbirlərdə çıxış etməyə davam edir, baxmayaraq ki, o, çıxışlarını dayandıran müharibə əleyhinə etirazçılarla qarşılaşmalı olur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…