Qəzza münaqişəsinin iki ili ərzində ABŞ hökuməti İsrailə hərbi yardım üçün 21,7 milyard dollar xərcləyib.
"Operativ Məlumat Mərkəzi-OMM xəbər verir ki, bu barədə Braun Universitetinin Müharibənin Xərcləri Layihəsi tədqiqat mərkəzinin hesabatında deyilir.
Mətnə əsasən, bu məbləğ yaxın gələcəkdə ödəniləcək və təhvil veriləcək on milyardlarla dollarlıq müqavilələri əhatə etmir.
Araşdırma bildirir ki, sözügedən yardım çərçivəsində Amerika istehsalı silahlar, döyüş təyyarələri, hücum və nəqliyyat helikopterləri İsrail Müdafiə Qüvvələrinin və İsrail Polisinin Qəzza zolağında, İordan çayının qərb sahilində və onun hüdudlarından kənarda həyata keçirdiyi əməliyyatlarda əsas rol oynayıb.
Ekspertlərin hesablamalarına görə, ABŞ 2023-cü il oktyabrın 7-dən sonra İsrailin bölgədəki hərbi əməliyyatlarına əlavə olaraq təxminən 9,65–12,07 milyard dollar xərcləyib. Beləliklə, iki il ərzində ABŞ-ın İsraildəki əməliyyatlara bağlı ümumi xərcləri təxminən 33,77 milyard dollar təşkil edir.