Operativ Məlumat Mərkəzi

Qərb Trampın “Tomaqavk” raketləri ilə bağlı dediklərinə reaksiya verdi

1 dəq
Paylaş:
Qərb Trampın “Tomaqavk” raketləri ilə bağlı dediklərinə reaksiya verdi
bu fikirləri Finlandiyanın milli-mühafizəkar Azadlıq Alyansı partiyasının nümayəndəsi Armando Mema sosial şəbəkədə paylaşıb. O bildirib ki, ABŞ...

Tramp "Tomaqavk" raketlərinin Ukraynaya verilməsinin nəticələrindən xəbərsizdir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Finlandiyanın milli-mühafizəkar Azadlıq Alyansı partiyasının nümayəndəsi Armando Mema sosial şəbəkədə paylaşıb.

O bildirib ki, ABŞ Prezidenti Donald Tramp Ukraynaya "Tomaqavk" raketlərinin ötürülməsi ilə bağlı qərarın mümkün nəticələrindən kifayət qədər məlumatlandırılmayıb:
"Görünür, o, bu hərəkətin nəticələri barədə kifayət qədər məlumatlandırılmayıb. Bu, bütün dünya üçün yaxşı xəbər deyil", – deyə siyasətçi qeyd edib.

Armando Mema həmçinin əlavə edib ki, bu addım ciddi nəticələrə səbəb ola bilər və baş verənləri “hamı üçün pis xəbər” adlandırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər