Operativ Məlumat Mərkəzi

Bayden Qəzzada münaqişəyə son qoyduğuna görə Trampa təşəkkür edib

1 dəq
Paylaş:
Bayden Qəzzada münaqişəyə son qoyduğuna görə Trampa təşəkkür edib
bu barədə o, X-də yazıb. Bayden Qəzza zolağında atəşkəsə görə Donald Trampın rəhbərliyi altında ABŞ administrasiyasına minnətdarlığını bildirib və Yaxın...

ABŞ-ın keçmiş prezidenti Co Bayden Qəzzada münaqişəyə son qoyduğuna görə Trampa təşəkkür edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o, X-də yazıb.

Bayden Qəzza zolağında atəşkəsə görə Donald Trampın rəhbərliyi altında ABŞ administrasiyasına minnətdarlığını bildirib və Yaxın Şərqdə dinc gələcəyə ümid etdiyini bildirib.

"İndi Birləşmiş Ştatların və dünyanın dəstəyi ilə Yaxın Şərq davamlı olacağına ümid etdiyim sülh yolunda və həm israillilər, həm də fələstinlilər üçün sülh, ləyaqət və təhlükəsizlik gələcəyinə doğru gedir. Mən prezident Trampa və onun komandasına işlərinə görə təşəkkür edirəm", - Bayden qeyd edib.

O, eyni zamanda, administrasiyasının münaqişənin həlli istiqamətində səylərini xatırladıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər