Operativ Məlumat Mərkəzi

Qırğızıstanın keçmiş prezidenti Atambayevin oğlu həbs olunub

2 dəq
Paylaş:
Qırğızıstanın keçmiş prezidenti Atambayevin oğlu həbs olunub

Qırğızıstanda keçmiş Atambayevin oğlu və tərəfdaşları iğtişaşların təşkilinə hazırlıq ittihamı ilə olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu ittihamla 10 nəfər saxlanılıb.

DİN bildirib ki, saxlanılanlara kütləvi iğtişaşların təşkilinin hazırlığı ittihamı irəli sürülüb. İstintaqın versiyasına görə, “saxlanılanlar seçkilərin nəticələrinin açıqlanmasından sonra ölkə üzrə, əvvəlcə cənub bölgəsində, sonra isə Bişkek və rayonlarda mitinqlər keçirməyi, geniş narazılıq təsiri yaratmağı planlaşdırırdılar. Onların planına konstitusiyaya zidd , həmçinin inzibati binaların, televiziya kanallarının, -mühafizə orqanlarının obyektlərinin, silahların və penitensiar sistemin müəssisələrinin ələ keçirilməsi daxil idi”.

Axtarışlar zamanı hüquq-mühafizə orqanlarının “silah, sursat, qumbaralar, rabitə vasitələri, maliyyələşdirmə sənədləri, fəaliyyət planları, narkotik vasitələr, həmçinin 150 min dollar məbləğində pul” aşkarlayıb götürdüyü qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax