Operativ Məlumat Mərkəzi

Gürcüstanda C130 təyyarəsinin qəza səbəbini araşdıran qrup Türkiyəyə qayıdıb

1 dəq
Paylaş:
Gürcüstanda C130 təyyarəsinin qəza səbəbini araşdıran qrup Türkiyəyə qayıdıb
{"az":"bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. \"11 noyabrda Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan C130 hərbi yük təyyarəmizin...","en":"","ru":""}

Gürcüstanda C130 təyyarəsinin qəza səbəbini araşdıran qrup Türkiyəyə qayıdıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"11 noyabrda Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan C130 hərbi yük təyyarəmizin qalıqlarının tədqiqini başa çatdıran qəza qrupumuz ölkəmizə qayıdıb. Qalıqların 2-ci Əsas Baxım Zavod Müdirliyimizə (Kayseri) təhvil verilməsi davam edir", - məlumatda deyilir.

Xatırladaq ki, noyabrın 11-də Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər