Tbilisi şəhərində 1999-cu il təvəllüdlü Azərbaycan vətəndaşı F.A. soyğunçuluq ittihamı ilə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Aparılan istintaq çərçivəsində müəyyən edilib ki, şübhəli şəxs Tbilisidə bir vətəndaşa məxsus əl çantasını ələ keçirərək hadisə yerindən uzaqlaşıb. Cinayətin baş verməsindən qısa müddət sonra Azərbaycan vətəndaşı şübhəli qismində tutulub.
Oğurlanan əl çantası maddi sübut kimi götürülüb. Fakt üzrə istintaq tədbirləri davam etdirilir. Qeyd olunur ki, sözügedən cinayət əməli qanunvericiliyə əsasən 6 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.