Operativ Məlumat Mərkəzi

Putin Hindistanın baş nazirinə təbrik göndərdi

1 dəq
Paylaş:
Putin Hindistanın baş nazirinə təbrik göndərdi

Rusiya prezidenti Vladimir Putin Hindistanın Narendra Modini 75 illik yubileyi münasibətilə təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrik mətnini Kremlin yayımlayıb.

Putin qeyd edib ki, Modinin rəhbərliyi altında “sosial, iqtisadi, elmi və texniki sahələrdə təsirli nailiyyətlər əldə edib”. O, həmçinin vurğulayıb ki, Hindistan hökumətinin başçısı Rusiya ilə Hindistan arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə mühüm şəxsi töhfə verir.

“Mən bizim yaxşı, dostluq münasibətlərimizi yüksək qiymətləndirirəm. Və biz, əlbəttə ki, konstruktiv dialoqumuzu və ikitərəfli, regional və gündəmdə aktual məsələlər üzrə birgə işimizi davam etdirəcəyik”, – deyə Rusiya lideri təbrikində bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax