Əsas məzmuna keç

Putin Hindistanın baş nazirinə təbrik göndərdi

Putin Hindistanın baş nazirinə təbrik göndərdi

təbrik mətnini Kremlin mətbuat xidməti yayımlayıb. Putin qeyd edib ki, Hindistan Modinin rəhbərliyi altında “sosial, iqtisadi, elmi və texniki sahələrdə...

prezidenti Vladimir Hindistanın baş naziri Narendra Modini 75 illik yubileyi münasibətilə təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrik mətnini Kremlin mətbuat xidməti yayımlayıb.

Putin qeyd edib ki, Modinin rəhbərliyi altında “sosial, iqtisadi, elmi və texniki sahələrdə təsirli nailiyyətlər əldə edib”. O, həmçinin vurğulayıb ki, Hindistan hökumətinin başçısı Rusiya ilə Hindistan arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə mühüm şəxsi töhfə verir.

“Mən bizim yaxşı, dostluq münasibətlərimizi yüksək qiymətləndirirəm. Və biz, əlbəttə ki, konstruktiv dialoqumuzu və ikitərəfli, regional və beynəlxalq gündəmdə aktual məsələlər üzrə birgə işimizi davam etdirəcəyik”, – deyə Rusiya lideri təbrikində bildirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…