Əsas məzmuna keç

Pakistan və Hindistan həbsxanalarındakı məhbusların siyahılarını mübadilə edirlər

Pakistan və Hindistan həbsxanalarındakı məhbusların siyahılarını mübadilə edirlər

bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bu çərçivədə Pakistan 193-ü balıqçı olmaqla 246 hindistanlı məhbusun siyahısını...

hökumətləri 2008-ci ildə məhbus mübadiləsi sazişi çərçivəsində hər iki ölkənin həbsxanalarında pakistanlı və hindistanlı məhbusların siyahılarını mübadilə ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bu çərçivədə Pakistan 193-ü balıqçı olmaqla 246 hindistanlı məhbusun siyahısını Hindistanın İslamabaddakı səfirliyinin nümayəndəsinə verib.

Bunun müqabilində Hindistan 81-i balıqçı olan 463 pakistanlı məhbusun siyahısını Pakistanın Yeni Dehlidəki səfirliyinin diplomatı ilə bölüşüb.

Müqaviləyə əsasən, iki ölkə hər il yanvarın 1-də və iyulun 1-də həbsdə olan məhbusların siyahılarını paylaşmalıdır. Siyahılarda iki ölkənin məhbus mübadiləsi zamanı geri qaytarmağa razılaşdıqları adlar daxildir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…