Operativ Məlumat Mərkəzi

Pakistan və Hindistan həbsxanalarındakı məhbusların siyahılarını mübadilə edirlər

1 dəq
Paylaş:
Pakistan və Hindistan həbsxanalarındakı məhbusların siyahılarını mübadilə edirlər
bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bu çərçivədə Pakistan 193-ü balıqçı olmaqla 246 hindistanlı məhbusun siyahısını...

Pakistan və Hindistan hökumətləri 2008-ci ildə imzalanmış məhbus mübadiləsi sazişi çərçivəsində hər iki ölkənin həbsxanalarında saxlanılan pakistanlı və hindistanlı məhbusların siyahılarını mübadilə ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bu çərçivədə Pakistan 193-ü balıqçı olmaqla 246 hindistanlı məhbusun siyahısını Hindistanın İslamabaddakı səfirliyinin nümayəndəsinə təhvil verib.

Bunun müqabilində Hindistan 81-i balıqçı olan 463 pakistanlı məhbusun siyahısını Pakistanın Yeni Dehlidəki səfirliyinin diplomatı ilə bölüşüb.

Müqaviləyə əsasən, iki ölkə hər il yanvarın 1-də və iyulun 1-də həbsdə olan məhbusların siyahılarını paylaşmalıdır. Siyahılarda iki ölkənin məhbus mübadiləsi zamanı geri qaytarmağa razılaşdıqları adlar daxildir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər