Əsas məzmuna keç

Pakistanın sabiq Baş naziri İmran Xan xəstəxanaya köçürüldü

Pakistanın sabiq Baş naziri İmran Xan xəstəxanaya köçürüldü

Məhkəmənin qərarı ilə həbsxanada saxlanılan siyasətçi müayinə və müalicə üçün paytaxt İslamabaddakı tibb müəssisəsinə çatdırılıb.

en ru

2023-cü ildən həbsdə olan Pakistanın sabiq və “ Ədalət Hərəkatı” (PTI) partiyasının qurucusu İmran Xan Ali Məhkəmənin qərarına əsasən, Ravalpindidəki “Adiala” həbsxanasından paytaxt İslamabaddakı “Şifa Uluslararası Hastanesi”nə köçürülüb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, siyasətçinin xəstəxanaya transferi zamanı ciddi təhlükəsizlik tədbirləri görülüb. Karvanı çoxsaylı avtomobilləri müşayiət edib, xəstəxananın ətrafında isə genişmiqyaslı polis qüvvələri yerləşdirilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində yol kənarında park edilmiş avtomobillər də ərazidən uzaqlaşdırılıb.

İmran Xanın səhhəti ilə bağlı vəkillərinin müraciətləri və həbsxana rəhbərliyinin məhkəməyə təqdim etdiyi hesabatdan sonra onun xəstəxanaya köçürülməsi barədə qərar qəbul edilib.

Avqustun 10-da kardiologiya şurası tərəfindən aparılan müayinənin nəticələrində sabiq Baş nazirin qan təzyiqində ciddi dalğalanmalar olduğu bildirilib. Həmçinin, ailəsi ilə məhdud ünsiyyətin onun psixoloji gərginlik və anksiyete yaşamasına səbəb olduğu qeyd edilib.

Məhkəmə bu məlumatları nəzərə alaraq İmran Xanın iki gün ərzində özəl xəstəxanaya köçürülməsinə qərar verib.

İmran Xan və rəhbərlik etdiyi “PTI” partiyası ona qarşı irəli sürülən ittihamların və həbs qərarının siyasi motivli olduğunu iddia edir.

Xatırladaq ki, 2022-ci ilin aprelində keçirilən etimad səsverməsindən sonra vəzifəsindən kənarlaşdırılan sabiq həmin vaxtdan etibarən çoxsaylı hüquqi proseslərlə üz-üzə qalıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…