Bakının bir çox yollarında tıxac yaranıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
8. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
9. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
10. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
11. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
12. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.