Operativ Məlumat Mərkəzi

Ölkə ərazisində sabit, isti hava şəraiti müşahidə olunur

1 dəq
Paylaş:
Ölkə ərazisində sabit, isti hava şəraiti müşahidə olunur

Bu gün havanın temperaturu Bakıda və yarımadasında, eləcə də Aran rayonlarında 33-38, rayonlarda 22-27 dərəcə isti edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, isti iyulun 6-da da davam edəcək, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 34-39, Naxçıvan MR və Aran rayonlarında 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir:

“İyulun 6-da Abşeron yarımadasında zəif küləyin üstünlüyü və bəzi saatlarda durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir. Günorta vaxtı açıq havada uzun müddət qalmaq məsləhət deyil”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax